Kanada Poçtu qəzeti Qurban bayramı ərəfəsində xatirə markası buraxıb.
Hafta.az “İslamnews” nəşrinə istinadla xəbər verir ki, bu haqda “CBC” məlumat yayıb.
Markanın üzərində Kanadanın hindu icmasıyla müsəlman icması arasındakı əlaqəni simvolizə edən sənət əsəri olan Kanada namaz xalçası təsvir edilib.
“Xalça 1938-ci ildə Edmontonda Kanadanın ilk məscidinin açılışına səbəb olan hindular və müsəlmanlar arasında dərin, köhnə əlaqənin simvoludur. Xalça incəsənət əsərindən daha çox, Edmontonun da daxil olduğu 6-cı Müqavilənin əhatə etdiyi ərazidəki sakinlərin birliyini və ortaq mədəni irsini simvollaşdırır”, - Kanada Poçtu press-relizində bildirib.
6-cı Müqavilə 1871-1877-ci illər arasında Kanada Tacı ilə aborigen xalqlar arasında bağlanmış 11 müqavilədən biridir. Kanada namaz xalçası 2016-cı ildə Edmontondakı "İslam Ailəsi" xeyriyyə təşkilatından olan gənc fəallar: rəssam Keyt Kreyven və toxucu Nur İqbal tərəfindən yaradılmışdır. Onlar xalçanı hindu ağsaqqalları və ilk müsəlman mühacirlərinin nəsilləri ilə müsahibələr əsasında dizayn etmişlər.
Xalçanın yaradılması üçün yalnız yerli materiallardan və boyalardan istifadə olunub.